"Latsio" klubunun prezidenti hakimləri təhqir etdiyi üçün cəzalandırılıb

"Latsio" klubunun prezidenti hakimləri təhqir etdiyi üçün cəzalandırılıb Klub prezidenti oyunun fasiləsində paltardəyişmə otağına girib
Futbol
3 Yanvar , 2019 09:28
Latsio klubunun prezidenti hakimləri təhqir etdiyi üçün cəzalandırılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ İtaliyanın "Latsio" futbol klubunun prezidenti Klaudio Lotito 10 min avro cərimələnib. 

"Report"un məlumatına görə, buna 62 yaşlı funksionerin A Seriyasının XIX turunda "Torino" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunun fasiləsində paltardəyişmə otağına girərək hakimlər briqadasını təhqir etməsi səbəb olub. İntizam Komitəsi cərimə ilə yanaşı, Lotitoya xəbərdarlıq edib. 

Qeyd edək ki, 19 turdan sonra "Latsio" 19 xalla 4-cü pillədə qərarlaşıb. "Torino" isə 27 xalla 9-cudur. Turnir cədvəlinə 53 xalla "Yuventus" başçılıq edir. 

Daha əvvəl AFFA İntizam Komitəsi "Keşlə" klubunu Müşahidə Şurasının sədri Zaur Axundov və qapıçı Kamran Ağayevin “Qarabağ”a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra hakimlər otağına icazəsiz daxil olmaları səbəbindən 1600 manat cərimələyib

Son xəbərlər

Orphus sistemi