Bakı. 3 yanvar. REPORT.AZ/ İtaliyanın "Latsio" futbol klubunun prezidenti Klaudio Lotito 10 min avro cərimələnib.
"Report"un məlumatına görə, buna 62 yaşlı funksionerin A Seriyasının XIX turunda "Torino" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunun fasiləsində paltardəyişmə otağına girərək hakimlər briqadasını təhqir etməsi səbəb olub. İntizam Komitəsi cərimə ilə yanaşı, Lotitoya xəbərdarlıq edib.
Qeyd edək ki, 19 turdan sonra "Latsio" 19 xalla 4-cü pillədə qərarlaşıb. "Torino" isə 27 xalla 9-cudur. Turnir cədvəlinə 53 xalla "Yuventus" başçılıq edir.
Daha əvvəl AFFA İntizam Komitəsi "Keşlə" klubunu Müşahidə Şurasının sədri Zaur Axundov və qapıçı Kamran Ağayevin “Qarabağ”a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra hakimlər otağına icazəsiz daxil olmaları səbəbindən 1600 manat cərimələyib.