"Keşlə" klubu Müşahidə Şurasının sədrinin davranışına görə cərimələnib

"Keşlə" klubu Müşahidə Şurasının sədrinin davranışına görə cərimələnib Bakı. 18 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntuları ilə bağlı ölçü götürüb.
Futbol
18 Dekabr , 2018 13:33
Keşlə klubu Müşahidə Şurasının sədrinin davranışına görə cərimələnib

Bakı. 18 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntuları ilə bağlı ölçü götürüb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurum “Keşlə” klubunu 1600 manat məbləğində cərimələyib. Buna səbəb klubunun Müşahidə Şurasının sədri Zaur Axundov və əsas komandanın qapıçısı Kamran Ağayevin “Qarabağ”la səfərdə keçirilən ilk oyunda sonra hakimlər otağına icazəsiz daxil olmalarıdır.

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində qonaqların futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” görüşünün 88-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

Oyunun I hissəsi başa çatdıqdan sonra “Sumqayıt”ın məşqiçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi