AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
Futbol
- 26 aprel, 2024
- 10:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.
Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununda baş verib.
52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. "Neftçi-2"nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulublar.
Hər üç futbolçu 3 oyun cəzalanıb. "Zirə-2" 200 manat, “Neftçi-2” isə 400 manat cərimə ödəyəcək.
Son xəbərlər
07:59
"OpenAI"nin süni intellekt agentləri öz davranışlarını izləyən monitorinq sistemlərindən iki dəfə yan keçib
İKT
07:29
Saxalin sahilində neft məhsullarının sızması baş verib
Region
06:49
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Digər ölkələr
06:15
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Xarici siyasət
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr