"Vorskla"nın baş məşqçisi: "Bizə ciddi rəqiblərin düşəcəyini bilirdik"
Futbol
- 31 avqust, 2018
- 13:38
Bakı. 31 avqust. REPORT.AZ/ “Bizə ciddi rəqiblərin düşəcəyini bilirdik. Bunlardan birinin London “Arsenal”ı olmasına şadıq”.
“Report” xəbər verir ki, bunu Avropa Liqasında “Qarabağ”la eyni qrupa düşən Ukraynanın “Vorskla” komandasının baş məşqçisi Vasili Saçko püşkü dəyərləndirərkən deyib.
43 yaşlı mütəxəssis yarışa ciddi hazırlaşacaqlarını söyləyib: “Bu və digər komandaların fonunda öz bacarığımızı yoxlayacağıq. Qoy, qrupun “sirli qutu"su biz olaq. Əsas ciddi hazırlaşmaq və meydanda öz yaxşı keyfiyyətlərimizi göstərməkdir”.
Qeyd edək ki, “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birgə E qrupunda yer alıb.
Son xəbərlər
03:42
Rusiya XİN İrandakı atəşkəsin Ukrayna üzrə danışıqlara təsirini qiymətləndirib
Region03:07
Şimali Koreya elektromaqnit silahını sınaqdan keçirib
Digər ölkələr02:26
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş əməkdaşı məlumatları mediaya sızdırdığı üçün həbs edilib
Digər ölkələr01:50
Livanda atəşkəsdən sonra ölənlərin sayı 254-ə çatıb
Digər ölkələr01:26
Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
Digər ölkələr00:56
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirilib
Futbol00:38
Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək
Digər ölkələr00:27
ABŞ İranla əldə olunan atəşkəsin Livana da şamil edilməsi imkanlarını nəzərdən keçirir
Digər ölkələr00:01