Yuxarı

İsmayıl İbrahimli: "Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq"

"Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq"

"Keyfiyyətsiz oyun sərgilədiyimizi düşünmürəm. Yaxşı oyun keçirdik. Sadəcə, yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Etiraf etmək lazımdır ki, bundan da yaxşı oyun keçirə bilərik".

"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli Sumqayıtda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2021-in seçmə matçından sonra jurnalistlərə açıqlamasında deyib.

21 yaşlı yarımmüdafiəçi bildirib ki, ən əsas olan üç xalı qazanmaqdır: "Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq. Bizim üçün əsas olan qələbədir. Hesabın heç bir fərqi yoxdur. Qol vurana qədər üzərimizdə təzyiq hiss edirdik. Sonlara yaxın bir az tələskənlik olurdu. Sevindirici haldır ki, qələbə qazana bildik".

"Qarabağ" klubunun formasını geyinən oyunçu küləyin onlara mane olduğunu vurğulayıb: "Revanş barədə düşünmürdük. Biz hər bir matça qələbə üçün çıxırıq. Birinci oyunda uduzmuşuq və bu o demək deyil ki, həmin komandaya qalib gəlməliyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi