Bakı. 13 noyabr. REPORT.AZ/ Ukrayna Futbol Federasiyasının (FFU) korrupsiyada ittiham olunan prezidenti Andrey Pavelkoya qarşı üç cinayət işi başlanılıb.
"Report"un məlumatına görə, bu barədə vəkil Oleq Stupinski tribuna.com-a açıqlamasında bildirib. O deyib ki, Milli Antikorrupsiya Bürosunda "Hakimiyyət və xidməti səlahiyyətlərindən sui-istifadə", "Etibarlı olmayan məlumatın deklarasiyası" və "Qeyri-qanuni yolla varlanma",
Qeyd edək ki, Andrey Pavelko 2018-ci il dünya çempionatı zamanı sərt açıqlamaları ilə yadda qalıb. O, 1/4 finalda Rusiya üzərində qələbədən sonra "Eşq olsun Ukraynaya" deyə video paylaşan Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın müdafiəsinə qalxıb.