Bu gün UEFA prezidenti seçkisi keçiriləcək
Futbol
- 07 fevral, 2019
- 06:57
Aleksander Çeferin
Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.
"Report"un məlumatına görə, toplantıda Avropa futbol qurumunun növbəti 4 il müddətinə prezidenti seçiləcək. Səsvermə alternativsiz olacaq. Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin bu posta vahid namizəddir. Onun namizədliyini UEFA-ya üzv olan bütün 55 milli asssosiasiya, o cümlədən, AFFA da dəstəkləyib. Bu səbəbdən, seçki formal əhəmiyyət kəsb edir.
Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək. Toplantıda AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcək.
Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.
Son xəbərlər
08:09
Yaponiya digər ölkələrlə birgə saxladığı neft ehtiyatlarını bazara çıxaracaq
Digər ölkələr07:38
ABŞ-də neft emalı zavodunda güclü partlayış baş verib
Digər ölkələr07:18
Foto
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb
Mədəniyyət siyasəti07:02
Avstraliya və Aİ müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb
Digər ölkələr06:47
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb - YENİLƏNİB-4
Digər ölkələr06:43
KİV: İsrail və ABŞ İranda qaz boru kəmərinə zərbə endirib
Digər ölkələr06:07
Peruda mikroavtobusla yük maşını toqquşub, 13 nəfər ölüb
Digər ölkələr05:50
ABŞ Senatı Mallinin DTN rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
Digər ölkələr05:22