UEFA prezidenti: "Avrokubokların keçirilməməsi üçün səbəb görmürəm"
Futbol
- 20 may, 2020
- 16:51
Çempionlar Liqasında (ÇL) cari mövsümün avqustun sonunda başa çatdırılması planlaşdırılır.
"Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin Portuqaliyanın "Record" nəşrinə açıqlamasında deyib.
Sloveniyalı funksioner bildirib ki, qurumun əsas məqsədi qitənin 1 nömrəli klub turnirini avqustun sonunadək bitirməkdən ibarətdir: "Bunu həyata keçirə biləcəyimizə inanıram. Düzdür, hadisələrin necə dəyişəcəyini bilmirik, amma vəziyyət tədricən sakitləşir. Avropada liqaların 80 faizi mövsümü bərpa edəcək. Avrokubokların keçirilməməsi üçün səbəb görmürəm".
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.
Son xəbərlər
17:19
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Region17:19
Azərbaycanda mobil cihazların bazar payı son 7 ayda təxminən 54 % azalıb
İKT17:14
Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var
Hadisə17:14
Azərbaycan Efiopiya və Gürcüstandan qızılgül almağa başlayıb
Biznes17:12
Şahin Bağırov Tərtərdə vətəndaşları qəbul edəcək
Biznes17:10
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Digər ölkələr17:08
Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA
Maliyyə17:07
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb
Digər ölkələr17:00
Video