UEFA avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayırıb

UEFA avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayırıb "Qarabağ" və "Qəbələ" hərəyə 78300 avro, "Kəpəz" və "Neftçi" isə 8540 avro əldə edib
Futbol
13 Dekabr , 2017 09:55
UEFA avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayırıb

Bakı. 13 dekabr. REPORT.AZ/ UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.

Başqa sözlə, aralarında "Qarabağ" və "Qəbələ" də olmaqla, hər bir klub 78 300 avro qazanıb. Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb. Bu isə o deməkdir ki, "Kəpəz" və "Neftçi" hərəyə 8 540 avro əldə edib. Lakin "Zirə" maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığından, bu məbləği ala bilməyəcək.

Qeyd edək ki, 2016-2017 mövsümündə Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Neftçi" və "Kəpəz" isə mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıb. 

Son xəbərlər

Orphus sistemi