Türkiyə Super Liqasının bərpa tarixi məlum oldu - YENİLƏNİB - RƏSMİ

Türkiyə Super Liqasının bərpa tarixi məlum oldu - YENİLƏNİB - RƏSMİ Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.
Futbol
6 May , 2020 15:10
Türkiyə Super Liqasının bərpa tarixi məlum oldu - YENİLƏNİB - RƏSMİ
0 : 00
0 : 00

Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.

"Report"un məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün video formatında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları iyunun 12, 13 və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və səhiyyə naziri Fahrettin Koca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib. 

Özdəmir çempionatı 26 iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə inam ifadə edib. 


*** 14:58

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqasının bərpa tarixi müəyyənləşib.

"Report"un məlumatına görə, oyunların başlayacağı vaxtı "A Spor" telekanalının müxbiri Turqay Demir canlı yayımda açıqlayıb.

O bildirib ki, çempionat matçları iyunun 12-dən etibarən start götürəcək və normal təqvimlə keçiriləcək.

Telejurnalistin sözlərinə görə, Superliqanın bərpası mümkün olmasa, mövsüm ləğv olunacaq.

Rəsmi qərarı az sonra Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir mətbuat konfransında açıqlayacaq.

T.Demir II və III liqalarda isə mövsümün vaxtından əvvəl başa çatdırılacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi