“Trabzonspor”un futbolçusu: “Hələ Azərbaycan və Türkiyə milliləri arasında seçim etməmişəm”

“Trabzonspor”un futbolçusu: “Hələ Azərbaycan və Türkiyə milliləri arasında seçim etməmişəm” “Trabzonspor” klubunun futbolçusu Murat Cem Akpınar hələ Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etməyib.
Futbol
21 May , 2019 11:03
“Trabzonspor”un futbolçusu: “Hələ Azərbaycan və Türkiyə milliləri arasında seçim etməmişəm”

“Trabzonspor” klubunun futbolçusu Murat Cem Akpınar hələ Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etməyib.

“Report” xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu barədə “61 saat” portalına açıqlamasında bildirib. O, son qərarını vermədiyini deyib: “Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamışam. Təklif gəlsə, Türkiyənin əsas yığmasında da oynaya bilərəm. Hələ seçim etməmişəm”.

Qeyd edək ki, Murat Cem Akpınar daha əvvəl Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. “Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən yarımmüdafiəçi ötən mövsümü “1461 Trabzonspor”da icarə əsasında keçirib. Son turlarda sərgilədiyi oyunla ön plana çıxan Akpınarın Türkiyənin əsas millisinə çağırılması gündəmdədir.

Son xəbərlər

Orphus sistemi