Bakı. 10 noyabr. REPORT.AZ/ "Heyətdə problemlərimiz var. Bunlar bəhanə deyil, amma məğlubiyyətə təsirini göstərdi. Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı".
"Report" xəbər verir ki, bu sözləri "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov evdə "Səbail"ə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
-
- "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Amma futbolçularımız əks-hücumlara hazır deyildilər.
- Müdafiədəki boşluqlar nəticəsində qollar buraxdınız. Bu, nədən irəli gəlirdi?
- Cinahda oynayanlar Elşən Abdullayev və Məqsəd İsayev idi. Onlar da tam hazır deyildilər. İrəlidə oynadığımızdan, boşluqlarımız buradan qaynaqlanırdı. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması özünü göstərdi.
- Marko Deviçin olmaması özünü göstərdi?
- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.