"Sabah"ın baş məşqçisi: "Həmişə ikinci hissəni zəif oynayırdıq, bu dəfə ilk hissəni"

"Sabah"ın baş məşqçisi: "Həmişə ikinci hissəni zəif oynayırdıq, bu dəfə ilk hissəni" Bakı. 4 noyabr. REPORT.AZ/ Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissəni qeyd edirəm. Heyətdə dəyişiklik etmiş, yorğun futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. Qəbələni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyun idi.
Futbol
4 Noyabr , 2018 19:45
Sabahın baş məşqçisi: Həmişə ikinci hissəni zəif oynayırdıq, bu dəfə ilk hissəni

Bakı. 4 noyabr. REPORT.AZ/ "Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissəni qeyd edirəm. Heyətdə dəyişiklik etmiş, yorğun futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyun idi".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Marko Deviçin yoxluğunda hücum xəttiniz "dişsiz" görünür. Bu gün Tura Qürbətova sonradan şans verdiniz, onu da əvəzlədiniz.

- Bəli. Markonun olmaması ziyanımızadır. Turala şans verdik ki, hücumu sürətləndirək. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.

- Komanda ilk hissəni niyə zəif keçirdi?

- Həmişə ikinci hissəni zəif oynayırdıq, bu dəfə ilk hissəni. Vadim Abdullayevlə Tərzin Changirov özlərini yaxşı tərəfdən göstərmədilər.

- Hesab etmirsiniz ki, məğlubiyyətlərdə bəzi futbolçuların olmaması rol oynadı?

- Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşduq. İlk hissənin sonunda özümüzə gəldik. Belə heyətlə oynasaydıq, ən azı 2 qol buraxmazdıq.

- Deviç nə vaxt sıraya dönəcək?

- Hələ bilinmir, müalicəsi gedir. "Səbail"lə qarşıdakı oyunu buraxacağı dəqiqdir.

Son xəbərlər

Orphus sistemi