Rusiyanın "Ufa" futbol klubunun təcili iclasında qrip epidemiyası ilə əlaqədar yeni qayda tətbiq olunub.
"Report"un "Pro Sport Story"ya istinadən verdiyi məlumata görə, baş məşqçi Vadim Yevseyev komandada yayıla biləcək xəstəliyin qarşısını almaq üçün futbolçuların bir-biri ilə əllə salamlaşmasını qadağan edib.
Hazırda bir neçə futbolçusu məzuniyyətdə olan komanda Kiprdə təlim-məşq toplanışı keçir. "Ufa" Rusiya Premyer Liqasında geridə qalan 19 turdan sonra 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu komandanın qış fasiləsindən sonra ilk oyunu səfərdə "Krasnodar"a qarşı olacaq. Hələlik qrip epidemiyası ilə əlaqədar martın 1-də keçirilməli olan həmin görüşün təxirə salınmaq ehtimalı müzakirə edilmir.
Qeyd edək ki, "Ufa" klubunun heyətində iki azərbaycanlı futbolçu - Azər Əliyev və Turqay Möhbaliyev də çıxış edir.