"Qarabağ" Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb - FOTO - YENİLƏNİB

"Qarabağ" Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb - FOTO - YENİLƏNİB Bakı. 12 yanvar. REPORT.AZ/ Qarabağ klubu Azərbaycan milli komandasının və Qazaxıstan Astanasının futbolçusu Riçard Almeydanı heyətinə qatıb.
Futbol
12 Yanvar , 2019 13:55
Qarabağ Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb - FOTO - YENİLƏNİB
Report/Firi Salim

Bakı. 12 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu Azərbaycan milli komandasının və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanı heyətinə qatıb.

"Report" klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazıb.


*** 13:09

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Qarabağ"ın düşərgəsinə qoşulub.

"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov şəxsi "İnstagram" hesabı vasitəsilə məlumat verib. O, 29 yaşlı yarımmüdafiəçi ilə fotosunu paylaşıb.

A.Əsgərov "O, geri döndü. Xoş gəlmisən, Riçard" yazıb.

Qeyd edək ki, Riçard Almeyda 2017/18 mövsümünün sonunda "Qarabağ"ı tərk edərək Qazaxıstan "Astana"sına keçib. 

Son xəbərlər

Orphus sistemi