Ramil Şeydayevin çıxış etdiyi komanda təlim-məşq toplanışı üçün BƏƏ və Türkiyəyə gedəcək

Ramil Şeydayevin çıxış etdiyi komanda təlim-məşq toplanışı üçün BƏƏ və Türkiyəyə gedəcək Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın Krılya Sovetov klubunun qış hazırlıq planı bəlli olub.
Futbol
10 Dekabr , 2018 16:45
Ramil Şeydayevin çıxış etdiyi komanda təlim-məşq toplanışı üçün BƏƏ və Türkiyəyə gedəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun qış hazırlıq planı bəlli olub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Premyer Liqasının XVII turunda evdə "Rostov"u 1:0 hesabı ilə məğlub etdikdən sonra istirahətə buraxılan Samara təmsilçisi yanvarın 12-də Moskvada toplaşacaq. Kollektiv tibbi müayinədən sonra iki həftəlik Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq.  

Komanda toplanışın ikinci və üçüncü mərhələsini Türkiyədə keçirəcək. "Krılya Sovetov" 31 yanvar - 13 fevral və 17 - 28 fevralda bu ölkədə olacaq. 

Qeyd edək ki, "Krılya Sovetov" Rusiya Premyer Liqasında 16 görüşə 17 xalla 13-cü pillədə qərarlaşıb. Komandanın bir oyunu isə ehtiyatdadır. 

Son xəbərlər

Orphus sistemi