“Qəbələ”nin hücumçusu: "Maaşların gecikməsi ilə bağlı problem yoxdur"

“Qəbələ”nin hücumçusu: "Maaşların gecikməsi ilə bağlı problem yoxdur" Bakı. 1 oktyabr. REPORT.AZ/ “Evdə oynayırdıq deyə, heç-heçə etmək istəməzdik. Qələbə üçün oynasaq da, qarşılaşmanın əvvəlində qol buraxdıq və hesabda geri düşdük. Bu, bizə çətinlik yaratdı”.
Futbol
1 Oktyabr , 2018 12:00
“Qəbələ”nin hücumçusu: Maaşların gecikməsi ilə bağlı problem yoxdur

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Evdə oynayırdıq deyə, heç-heçə etmək istəməzdik. Qələbə üçün oynasaq da, qarşılaşmanın əvvəlində qol buraxdıq və hesabda geri düşdük. Bu, bizə çətinlik yaratdı”.

“Report” xəbər bunu “Qəbələ”nin futbolçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının VI turunda evdə “Keşlə” ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.

29 yaşlı bildirib ki, görüşdə qələbəyə layiq olublar: "Bəlkə də, bərabərlik qolunu erkən vusaydıq, qələbə topuna da imza ata bilərdik. Ancaq onu da nəzər alaq ki, son dəqiqələrdə 100 faizlik penaltimiz də verilmədi. Yaxşı oynasaq da, 3 zal qazana bilmədik. Bu, bir az bizi məyus edir. Bunadək çempionatda 4 xal qazanmışdıq və vəziyyət ürəkaçan deyildi. Bu oyunla dönüş etmək istəyirdik. Komandamızda oyun tərəfindən vəziyyət yaxşılaşır, ancaq nəticə lazımdır. Bilirik ki, problem budur. Bəlkə də, bir qələbə hər şeyi yoluna qoyacaq".

Əliyev klubda maaşların yubanması və baş məşqçi postunda mümkün dəyişikliklə bağlı söz-söhbətlərə də şərh verib. O, ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun qayıdışının arzusunda olub-olmamaları mövzusunda danışmaq istəməyib: “Maaşların gecikməsi ilə bağlı problem yoxdur. Bu planda hər şey yolundadır”.

Qeyd edək ki, “Qəbələ” 5 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi