"Qəbələ" ili 555 min manat zərərlə başa vurub
Futbol
- 10 may, 2019
- 09:20
"Qəbələ" klubu 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.
"Report"un məlumatına görə, əyalət təmsilçisinin ötən il gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib.
Bilet və abunəlikdən 100 min, UEFA-dan pul mükafatı kimi 1 milyon 658 min manat, digər gəlirlər isə 6 milyon 84 min manat olub.
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 432 min manat, gənclər futbolunun inkişafına 1 milyon 416 min manat, digər xərclərə 6 milyon 455 min manat sərf olunub.
Maliyyə ili üçün ümumi zərər 555 min manat olub.
Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib.
Son xəbərlər
07:00
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Formula 106:46
Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Digər ölkələr06:26
Ceyhun Bayramov artan islamafobiyaya qarşı İƏT-nin birgə fəaliyyətinə diqqət çəkib
Xarici siyasət05:49
Kolumbiya İranla diplomatik münasibətləri kəsib
Digər ölkələr05:24
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Region04:53
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət04:25
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
Digər ölkələr03:56
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Digər ölkələr03:17