Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir oyun keçirilib.
“Report” xəbər verir ki, həftənin üçüncü matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı 33-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Ceyms Adeniyi açıb. Lakin ağdamlılar fasilədən sonra İnnosent Emeqara, Miçel Madeyra və Filip Ozobiçin qolları ilə qələbə qazanıblar. Legioner oyunçular müvafiq olaraq 47, 64 və 67-ci dəqiqələrdə fərqləniblər.
Bu qələbədən sonra xalını 23-ə çatdıran “Qarabağ” 2-ci sıraya yüksəlib. “Qəbələ” isə 12 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günüdə “Səbail” “Sabah”ı 4 cavabsız qolla məğlub edib. “Neftçi” isə “Zirə” ilə bərabərə qalıb. Tura 19:30-da başlayacaq “Sumqayıt” “Keşlə” oyunu ilə yekun vurulacaq.