Bakı. 19 sentyabr.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Poltavadakı Aleksey Butovski adına stadionda təşkil olunmuş görüşdə Çernyak komandaya uğurlar diləyib. O, uğurlu nəticə təqdirində, komanda heyətinin mükafatlandırılacağını bildirib: “Fikrimizi mübarizə apardığımız bütün turnirlərə yönəltməliyik. Bürünc medallar və Avropa Liqasında iştirakları qarşılığında məşqçilər və oyunçular mükafatlandırılacaq".
Görüşdə iştirak edən klubun fəxri prezidenti Konstantin Jevaqo da oyunçulardan Ukraynanı Avropada yaxşı təmsil etmələrini istəyib.
Bu gün Londona yola düşəcək Poltova təmsilçisinin baş məşqçisi Vasili Saçko İngiltərədə “Arsenal”la keçirəcəkləri I tur qarşılaşması üçün 23 nəfərlik heyəti də müəyyənləşdirib. 43 yaşlı mütəxəsis zədələrini sağaltmaqda olan hücumçular Yuri Kolomoyets və Mixail Sergeyçuku “topçular”la keçiriləcək görüşün siyahısına daxil edib.
Qeyd edək ki, sentyabrın 20-də Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Vorskla” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.