"Qarabağ"ın rəqibi iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb

Futbol
  • 14 sentyabr, 2018
  • 13:46
Qarabağın rəqibi iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ı iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi Bukayo Saka və Artur Okonkvonu əsas komandaya cəlb edib. Müqavilələrin detalları açıqlanmır.

Qeyd edək ki, hər iki futbolçu daha öncə "Arsenal"ın 18 yaşlılardan ibarət komandasında çıxış edib. "Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq. 

Son xəbərlər

Bütün Xəbər Lenti