"Qarabağ"da itki: "Neftçi" ilə matçda iştirak etməyəcək
Futbol
- 05 fevral, 2020
- 11:49
"Qarabağ"ın futbolçusu Rahil Məmmədov Azərbaycan Premyer Liqasında XVI turun "Neftçi" ilə qarşılaşmasında iştirak edə bilməyəcək.
Bu barədə "Report"a 25 yaşlı müdafiəçinin özü məlumat verib.
Azərbaycan millisinin də formasını geyinən oyunçu Ağdam təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günlərində zədələndiyini bildirib.
XV turda "Səbail"i 1:0 hesabı ilə yendikləri görüşü də buraxan Məmmədov hazırda fitness zalında məşq etdiyini söyləyib. O, yaşıl meydanlara nə vaxt qayıdacağına hələ aydınlıq gəlmədiyini əlavə edib.
Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq.
Son xəbərlər
07:22
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
Elm və təhsil06:46
Tramp Kennedi Mərkəzinin təmir işləri üçün bağlandığını açıqlayıb
Digər ölkələr06:23
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib
Digər ölkələr05:51
Foto
Nyu-Yorkda dondurucu soyuqlar səbəbindən 14 nəfər ölüb
Digər ölkələr05:19
Sorğu: Yaponiyada hakim koalisiya parlamentdə 465 yerdən 300-nü əldə edəcək
Digər ölkələr04:50
"Kommersant": Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə 1,5 dəfə artıb
Region04:14
Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb
Digər ölkələr03:46
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb
Digər ölkələr03:11