Yuxarı

​"Qarabağ"ın Monakoya gedəcəyi vaxt açıqlanıb

Komanda oktyabrın 20-də yola düşəcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubunun "Monako" ilə oyun üçün səfər planı məlum olub. Klubun baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında komandanın oktyabrın 20-də yola düşəcəyini bildirib.

Ağdam təmsilçisini Monakoya aparacaq təyyarə Heydər Əliyev adına Hava Limanından saat 18:00-da uçacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çarter reysi ilə birbaşa Monakoya gedəcək.

Geri dönüş isə oktyabrın 22-də keçiriləcək oyundan sonraya planlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək. Oyun II Lui stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi