"Qarabağ"a təklif olunan afrikalı futbolçu başqa Azərbaycan klubu ilə müqavilə üçün Bakıya gəlir

"Qarabağ"a təklif olunan afrikalı futbolçu başqa Azərbaycan klubu ilə müqavilə üçün Bakıya gəlir Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.
Futbol
27 İyun , 2019 11:01
Qarabağa təklif olunan afrikalı futbolçu başqa Azərbaycan klubu ilə müqavilə üçün Bakıya gəlir

Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.

“Report”un əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Sabah”la razılıq əldə edib. CAR-lı oyunçu müqavilə bağlamaq üçün bu axşam Bakıya gələcək.

“Sabah” mövsüm başa çatandan sonra Cavid Tağıyev (“Sumqayıt”), Kevin Kubemba (“Səbail”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi “Neftçi”) və Bəhlul Mustafazadə (“Qəbələ”) ilə müqavilə bağlayıb. Hendrik Bakı klubunun yay fasiləsi dövründə ilk əcnəbi transferi olacaq.

Qeyd edək ki, Hendrik “Kayzer Çifs”də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Səbail”ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi