"Qarabağ"a təklif olunan afrikalı futbolçu başqa Azərbaycan klubu ilə müqavilə üçün Bakıya gəlir
Futbol
- 27 iyun, 2019
- 07:01
Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.
“Report”un əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Sabah”la razılıq əldə edib. CAR-lı oyunçu müqavilə bağlamaq üçün bu axşam Bakıya gələcək.
“Sabah” mövsüm başa çatandan sonra Cavid Tağıyev (“Sumqayıt”), Kevin Kubemba (“Səbail”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi “Neftçi”) və Bəhlul Mustafazadə (“Qəbələ”) ilə müqavilə bağlayıb. Hendrik Bakı klubunun yay fasiləsi dövründə ilk əcnəbi transferi olacaq.
Qeyd edək ki, Hendrik “Kayzer Çifs”də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Səbail”ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub.
Son xəbərlər
13:21
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya13:00
Fransa klubunun futbolçusu "Yuventus"a keçir
Futbol12:57
Video
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
Region12:39
Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb
Digər ölkələr12:20
Rəfah keçid məntəqəsi açılıb
Digər ölkələr12:11
Külək güclənəcək, bəzi yerlərdə qar yağacaq - PROQNOZ
Ekologiya12:01
İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib
Region12:01
"Real" və "Barselona" "Bavariya"nın müdafiəçisi ilə danışıqlar aparır
Futbol11:57