PFL prezidenti "Əlincə Arena"ya gəlib

PFL prezidenti "Əlincə Arena"ya gəlib Qurum rəhbəri "Neftçi" - "Sumqayıt" oyununu izləyir
Futbol
27 Sentyabr , 2016 19:41
PFL prezidenti Əlincə Arenaya gəlib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hazırda Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"ya gəlib. 

"Report"un məlumatına görə, qurum rəhbəri Azərbaycan Premyer Liqasının VI turunda hazırda davam edən "Neftçi" - "Sumqayıt" oyununu izləyir.

R.Musayev oyuna klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə birgə baxır. Oyunu izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, milli komandanın məşqçisi Mahmud Qurbanov və 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Yaşar Vahabzadə də var.

Millinin baş məşqçisi Robert Prosineçki də arenadadır. O isə "Sumqayıt" prezidenti Kamran Quliyevlə yanaşı əyləşib. 

Qeyd edək ki, hazırda "Neftçi" 1:0 hesabı ilə qalib gəlir.

Son xəbərlər

Orphus sistemi