Bakı. 27 sentyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hazırda Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"ya gəlib.
"Report"un məlumatına görə, qurum rəhbəri Azərbaycan Premyer Liqasının VI turunda hazırda davam edən "Neftçi" - "Sumqayıt" oyununu izləyir.
R.Musayev oyuna klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə birgə baxır. Oyunu izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, milli komandanın məşqçisi Mahmud Qurbanov və 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Yaşar Vahabzadə də var.
Millinin baş məşqçisi Robert Prosineçki də arenadadır. O isə "Sumqayıt" prezidenti Kamran Quliyevlə yanaşı əyləşib.
Qeyd edək ki, hazırda "Neftçi" 1:0 hesabı ilə qalib gəlir.