"Neftçi" xorvatiyalı futbolçu ilə yollarını ayırıb

Futbol
  • 30 yanvar, 2019
  • 09:36
Neftçi xorvatiyalı futbolçu ilə yollarını ayırıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Neftçi” futbolçu Slavko Braliçlə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Slavko Braliç bu mövsüm "Neftçi”nin heyətində 13 oyunda meydana çıxıb.