"Neftçi"nin yeni formaları 60 manata satışa çıxarılıb

Futbol
  • 13 sentyabr, 2018
  • 13:48
Neftçinin yeni formaları 60 manata satışa çıxarılıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Neftçi” klubunun 2018/2019 mövsümü üçün formalarının satışa çıxarılacağı vaxt müəyyənləşib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, formalar sentyabrın 16-dan satışda olacaq. Fanatlar yeni formaları həmin gün saat 21:00-da başlanacaq "Neftçi” – "Keşlə” oyunundan 2 saat əvvəl "Bakcell Arena”da yerləşən klubun fanşopundan əldə edə bilərlər. 

Formaların qiyməti 60 manat təşkil edəcək. Onların arxasına ad və nömrə vurdurmaq istəyən isə əlavə 20 manat ödəməli olacaq.