"Neftçi"nin legioneri: "Ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik”

"Neftçi"nin legioneri: "Ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik” Bakı. 19 oktyabr. REPORT.AZ/ Bizi çox çətin səfər oyunu gözləsə də, ümid edirəm ki, yaxşı nəticə ilə qayıdacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Futbol
19 Oktyabr , 2018 17:26
Neftçinin legioneri: Ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik”
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Bizi çox çətin səfər oyunu gözləsə də, ümid edirəm ki, yaxşı nəticə ilə qayıdacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

"Report" xəbər verir ki, bunu "Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko klubun saytına açıqlamasında Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə qarşılaşacaqları "Qəbələ" ilə oyun barədə danışarkən deyib.  

Mövsüm ərzində 3 qola imza atan braziliyalı legioner bu göstəricini artırmağa çalışacağını vurğulayıb: "Təbii ki, 3 qolla kifayətlənmək fikrində deyiləm. Bu göstəricini yaxşılaşdırmağa çalışacağam. İnanıram ki, ikinci dövrədə qollarımın sayını artırmaqla komandaya daha böyük fayda verəcəyəm”.

Frederiko sabahkı matçda Baqali Dabonun iştirak etməmə ehtimalına da münasibət bildirib: "Dabo komandamızın ən faydalı, ən vacib futbolçularından biri, həm də bombardiridir. Düzdür, meydana çıxmasa, bizim üçün itki olacaq, amma komandada onu əvəzləyə biləcək futbolçular var". 

"Sambaçı" beynəlxalq oyunlarla bağlı fasilənin komandaya mənfi təsir edəcəyinə inanmadığını da vurğulayıb: "Biz bu fasilə ərzində çalışmış, öz üzərimizdə işləmişik. Əksinə, yaxşı təsir göstərə bilər. Xatırlayırsınızsa, sentyabrda yaranmış fasilədən sonra ardıcıl 4 qələbə qazanmışdıq. Ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik”.

Yarımmüdafiəçi son olaraq azarkeşlərə müraciət edib: "Artıq bu komandaya tam uyğunlaşmışam. Rəhbərlik, məşqçi heyəti, komanda yoldaşlarımla əla münasibətlərim var. Tez uyğunlaşmağımda onların rolu böyükdür. Amma bunda azarkeşlərin xüsusi payı var. Fanatlarımız mənə və komandaya həmişə dəstək olur. Biz bunu istər ev, istər səfər – hər oyunda hiss edirik”.

Qeyd edək ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi