Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb

Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb Bakı. 4 mart. REPORT.AZ/ Real Sosyedad İspaniya çempionatının 26-cı turunda Atletiko Madridə öz meydanında 0:2 hesabı ilə məğlub olub.
Futbol
4 Mart , 2019 06:48
Moratanın dublu Atletikoya qələbə qazandırıb

Bakı. 4 mart. REPORT.AZ/ "Real Sosyedad" İspaniya çempionatının 26-cı turunda "Atletiko Madrid"ə öz meydanında 0:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, görüş San-Sebastyan şəhərinin "Anoyeta" stadionunda baş tutub.

Baş hakim Xose Luis Qonsalesin idarə etdiyi oyunda hesabı 30-cu dəqiqədə Alvaro Morata açıb. O, Diyeqo Qodinin künc zərbəsindən ötürməsini başla tora göndərib. Morata üç dəqiqədən sonra qonaqların üstünlüyünü iki topa çatdırıb. Bu dəfə Koke hücumçuya məhsuldar ötürmə ilə yadda qalıb. İkinci hissənin ortalarında Koke meydandan qovulub, ancaq "Atletiko" qələbə hesabını qoruya bilib.

Bu matçdan sonra Madrid klubu xallarının sayını 53-ə çatdırıb və əvvəlki kimi turnir cədvəlində ikinci yeri tutur. Onlar lider "Barselona"dan 7 xal geri qalırlar. "Real Sosyedad" 35 xalla 8-ci pillədədir.

İspaniya Primerosu. 26-cı tur

"Real Sosyedad" – "Atletiko M" - 0:2

Qollar: 0:1 – Morata – 30, 0:2 – Morata – 33

Qırmızı vərəqə: Koke, 62 ("Atletiko")

Son xəbərlər

Orphus sistemi