Azərbaycan millisinin yeni baş məşqçisi köməkçilərini müəyyənləşdirib
Futbol
- 14 yanvar, 2019
- 10:53
Bakı. 14 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin köməkçiləri müəyyənləşib.
"Report" xəbər verir ki, 42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt" klubunun əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olub.
M. Obradoviçin digər köməkçisi isə ukraynalıdır. Bu, Azərbaycana gələnədək Estoniyanın "Nimme Kalyu" klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidir.
Nəhayət, Draqoslav Poleksiç yeni baş məşqçiyə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq.
Qeyd edək ki, Milan Obradoviç Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib.
Son xəbərlər
11:20
Rusiya PUA-sı Odessa limanında iki xarici ticarət gəmisini zədələyib
Digər ölkələr11:18
Cənubi Koreyada zavodda yanğın olub, xəsarət alanların sayı 50-yə çatıb
Digər ölkələr11:11
Foto
İrandan Azərbaycana indiyədək 75 ölkənin 2853 vətəndaşı təxliyə olunub
Xarici siyasət11:11
Azərbaycan gips və anhidrit istehsalını 30 % artırıb
Sənaye11:10
Kamilo Duran Kolumbiya millisindən kənarda qalıb
Futbol11:07
Fürsətləri "Baku Electronics"lə bayrama çevirmək vaxtıdır!
Biznes10:59
Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb
Hadisə10:57
Qəbul olunan dəyişikliklər dövlət aparatında effektivliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır - RƏY
Daxili siyasət10:56