Messi ilk turu buraxacaq, Ronaldu da zədələnib
Futbol
- 16 avqust, 2019
- 08:45
İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi bu gün “Atletik”ə qarşı keçirəcəkləri La Liqanın yeni mövsümünün açılış matçını buraxacaq.
“Report” xəbər verir ki, avqustun 5-də əzələsi dartılan 32 yaşlı hücumçu hazırda bərpa prosesi keçir. Argentinalı forvardın gələn həftə komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.
İtaliyanın “Yuvnetus” klubunun hücumçusu Kriştianu Ronaldu isə məşqdə xəsarət alıb. Sol budunda ağrı olan portuqaliyalı forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Onun avqustun 24-də “Parma” ilə səfərdə baş tutacaq A seriyasının açılış oyununu buraxmaq ehtimalı var.
Qeyd edək ki, bu gün keçiriləcək “Atletik” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
14:26
Foto
İrandan Azərbaycana daha 6 nəfər təxliyə olunub
Xarici siyasət14:21
Foto
Bu gün buraxılış imtahanı keçirilib, dörd nəfərdə mobil telefon aşkarlanıb - YENİLƏNİB
Elm və təhsil14:20
Dövlət qulluğuna aid vəzifələr üzrə imtahan keçirilir
Elm və təhsil14:19
İlkin Qurbanov: Əsas hədəfim bürünc medalı qızılla əvəzləməkdir
Fərdi14:12
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
İnfrastruktur14:04
Məzahir Pənahov: Qazaxıstanda məntəqələrdə seçici fəallığı yüksəkdir
Xarici siyasət13:50
Qazaxıstanda növbəti prezident seçkiləri 2029-cu ildə keçiriləcək
Region13:42
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
Region13:38