Malayziya millisi Honkonqda yoldaşlıq görüşü keçirməkdən imtina edib

Futbol
  • 26 sentyabr, 2019
  • 16:18
Malayziya millisi Honkonqda yoldaşlıq görüşü keçirməkdən imtina edib

Futbol üzrə Malayziya millisi Honkonq yığması ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, buna Honkonqda davam edən etiraz aksiyaları səbəb olub. Malayziya Futbol Assosiasiyası həmin qarşılaşmanın onların stadionunda keçirilməsini təklif etsə də, qarşı tərəf bundan imtina edib.

Daha öncə ölkədə etiraz aksiyalarına görə, bir sıra idman yarışları təxirə salınıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti