Luka Modriç: "Xorvatiya millisində ehtiyac duyulduğum müddət ərzində qalacağam"

Luka Modriç: "Xorvatiya millisində ehtiyac duyulduğum müddət ərzində qalacağam" "Karyeramı "Real Madrid"də başa vurmaq istəyirəm"
Futbol
27 Dekabr , 2018 12:16
Luka Modriç: Xorvatiya millisində ehtiyac duyulduğum müddət ərzində qalacağam

Bakı. 27 dekabr. REPORT.AZ/ 2018-ci ilin ən yaxşı futbolçusu seçilmiş Xorvatiya milli komandasının yarımmüdafiəçisi Luka Modriç karyerasını hazırkı klubu İspaniya "Real Madrid"ində başa vurmaq istəyir.

"Report"un məlumatına görə, bu barədə 33 yaşlı oyunçu "goal.com"a açıqlamasında bildirib. Təcrübəli pleymeyker deyib ki, son dayanacağının elə "kral klubu" olması ideal ssenari sayıla bilər: "İstəyimə nail olmaq üçün ən yüksək səviyyədə çıxış etməliyəm. Lakin bu, heç də asan deyil. Bu mövsüm komandamız üçün ən vacib məsələ oyun səviyyəsini daha da yaxşılaşdırmaqdır. Çünki bütün nailiyyətlərdən sonra ağır dövrə girmişik".

Modriç kapitanı olduğu Xorvatiya yığmasındakı karyerasından da danışıb. O bildirib ki, millidən getmək niyyətində deyil: "Çoxları deyirdi ki, yığma karyeramı bitirmək üçün ən yaxşı an 2018-ci il dünya çempionatından sonra olardı. Lakin mənim ürəyim qərar verdi ki, qalıb oynamaq lazımdır. Ehtiyac duyulduğum müddət ərzində millidə qalacağam".

Qeyd edək ki, Xorvatiya millisi Rusiyadakı mundialın finalında Fransaya 2:4 hesabı ilə uduzaraq, gümüş medal qazanıb. Luka Modriç dünya çempionatında 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Bu komanda 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupa düşüb. Xorvatiya və Azərbaycan arasında ilk görüş 2019-cu il martın 21-də Zaqrebdə, təkrar qarşılaşma sentyabrın 9-da olacaq

Son xəbərlər

Orphus sistemi