Luis Suares Devid Bekhemin klubuna keçmək istəyir
Futbol
- 22 avqust, 2019
- 07:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın “İnter Mayami” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.
“Report” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu da karyerasını Devid Bekhemin sahibi olduğu klubda başa vurmaqda maraqlıdır. Uruqvaylı forvardın 2020-ci ilin yayında ABŞ-a köçmək istədiyi bildirilir.
“İnter Mayami”nin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Suaresə 4 illik sözləşmə təklif etdiyi vurğulanır.
Qeyd edək ki, Suares 2014-cü ilin iyulunda İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. O, daha öncə vətənində “Nasyonal Montevideo”, eləcə də Hollandiyanın “Qroningen” və “Ayaks” klublarının formasını geyinib.
Son xəbərlər
12:11
Xankəndidə Zəfər Muzeyi olacaq
Daxili siyasət
12:08
İlham Əliyev: Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir
Daxili siyasət
12:05
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub
Daxili siyasət
12:05
Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
Daxili siyasət
12:04
Prezident: İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı
Daxili siyasət
12:03
İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi
Daxili siyasət
12:02
İrandakı iğtişaşlarda iştirak edən üç nəfər edam olunub
Region
12:02
İlham Əliyev: Düşmənin beli döyüş meydanında qırıldı
Daxili siyasət
12:02
Messinin komandasının MLS-dəki rekordu yenilənib
Futbol