İngiltərə klubu "Barselona" ilə oyundan öncə beş futbolçusunun xidmətindən məhrum olub

İngiltərə klubu "Barselona" ilə oyundan öncə beş futbolçusunun xidmətindən məhrum olub Bakı. 2 oktyabr. REPORT.AZ/ İngiltərənin Tottenhem klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya Barselonası ilə keçirəcəyi oyundan öncə ciddi itkilərlə üzləşib.
Futbol
2 Oktyabr , 2018 17:54
İngiltərə klubu Barselona ilə oyundan öncə beş futbolçusunun xidmətindən məhrum olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya "Barselona"sı ilə keçirəcəyi oyundan öncə ciddi itkilərlə üzləşib.

"Report" klubun rəsmi "Twitter" səhəfisinə istinadən xəbər verir ki, London təmsilçisi bu qarşılaşmada 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Yan Vertongen və Serj Orye, yarımmüdafiəçilərdən isə Dele Alli, Kristian Eriksen və Mussa Dembele Kataloniya klubu ilə matçda iştirak etməyəcək.

Bu oyunçuların hamısının milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra sıraya dönəcəyi gözlənilir. Bu isə o deməkdir ki, onlar İngiltərə Premyer Liqasının VIII turunda oktyabrın 6-da evdə "Kardiff Siti" ilə matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Tottenhem" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi