FIFA dünya çempionatının keçirilməsi üçün rekord sayda müraciət alıb

Futbol
  • 19 mart, 2019
  • 11:05
FIFA dünya çempionatının keçirilməsi üçün rekord sayda müraciət alıb

FIFA 2023-cü ildə qadınlar arasında dünya çempionatının keçirilməsi üçün rekord sayda müraciət alıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, ali futbol təşkilatına mundialla bağlı, ümumilikdə, 9 ərizə daxil olub. 

FIFA Argentina, Avstraliya, Boliviya, Braziliya, Kolumbiya, Yaponiya, Cənubi Koreya (Koreya Xalq Demokratik Respublikası ilə birgə), Yeni Zelandiya və Cənubi Afrikanın müraciətini nəzərdən keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti