"Fənərbağça"nın baş məşqçisi istefa verib

"Fənərbağça"nın baş məşqçisi istefa verib O, qərarını futbolçulara açıqlayıb
Futbol
21 May , 2018 10:12
Fənərbağçanın baş məşqçisi istefa verib

Bakı. 21 may. REPORT.AZ/ Aykut Kocaman Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçi postundan ayrılıb.

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumatı görə, 53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.

Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

Qeyd edək ki, Aykut Kocaman "Fənərbağça"da ilk dəfə 2010 - 2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında "Fənər" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi