"Bavariya" qışda yeni futbolçu transfer etməyəcək
- 16 oktyabr, 2026
- 17:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubu qış "transfer pəncərəsi"ndə yeni futbolçu almaq niyyətində deyil.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, bu barədə Münxen təmsilçisinin idman direktoru Maks Eberl bildirib.
Klub rəsmisi mövcud heyətdən tam razı olduqlarını və yanvarda transfer bazarına çıxmaq üçün heç bir səbəb görmədiklərini vurğulayıb. O, hesab edir ki, bütün oyunçular optimal formaya düşdükdən sonra komanda uğurlu nəticələr seriyasına başlayacaq. M.Eberli qışda yeni oyunçuların alınması üçün əsas olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, "Bavariya" son iki qarşılaşmada – Bundesliqada "Auqsburq"la (2:2), Çempionlar Liqasında isə "Vikinq"lə (3:3) heç-heçə edib. Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv Almaniya çempionatında 5 turdan sonra 11 xalla 3-cü pillədə qərarlaşıb.