Elvin Məmmədov "Qarabağ"ın məşqlərinə qoşulub

Elvin Məmmədov "Qarabağ"ın məşqlərinə qoşulub "Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir"
Futbol
1 Sentyabr , 2015 18:19
Elvin Məmmədov Qarabağın məşqlərinə qoşulub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Atasının dünyasını dəyişməsi ilə əlaqədar "Qarabağ"dan ayrılan futbolçu Elvin Məmmədov bu gündən komanda ilə məşqlərə qoşulub. "Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında baş verənləri dəyərləndirib. 

O bildirib ki, hər kəs bir gün dünyasını dəyişəcək: "Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstəkləyən, zəng edən, yazıb başsağlığı verən hər kəsə təşəkkürümü bildirirəm. Futbol cameəsindən, jurnalistlərdən, azarkeşlərdən xeyli SMS-lər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boyz"la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsilə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa Liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdir. Bu gündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, atasının vəfatı səbəbindən Elvin Məmmədov Azərbaycan millisinin də düşərgəsindən azad edilib. 

Son xəbərlər

Orphus sistemi