Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb
Futbol
- 17 sentyabr, 2018
- 08:20
Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin “Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - “Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.
Son xəbərlər
10:20
AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
Maliyyə10:17
Foto
Video
"İrşad"da "Yaşıl Günlər" başladı!
Biznes10:15
EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
ASK10:14
"Birmarket"in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Biznes10:10
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol10:09
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Energetika10:04
Foto
Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Daxili siyasət09:50
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb
Ekologiya09:49