"Çelsi" iki oyunçusu ilə müqaviləni uzatdı
Futbol
- 20 may, 2020
- 19:33
Olivye Jiru
İngiltərənin "Çelsi" klubu iki oyunçusu ilə yeni müqavilə bağlayıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Villi Kabalyero və hücumçu Olivye Jirudur. Argentinalı qolkiper və fransalı hücumçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb.
Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən azad agent statusu ilə keçib. Bu mövsüm 38 yaşlı qapıçı Premyer Liqada 4 matça çıxıb və 7 top buraxıb. Jiru isə "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında "Arsenal"dan qoşulub. Transfer məbləği 17 milyon avro təşkil edib. 33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub.
Son xəbərlər
08:51
Foto
Ziyafət Əsgərov: Qazaxıstanda referendum şəffaf və mütəşəkkil şəkildə keçirilir
Region08:36
Tokioda yakudza üzvləri 2,7 milyon dollarlıq soyğunçuluq işi üzrə saxlanılıb
Digər ölkələr08:08
Kerolayn Livitt: ABŞ əməliyyatın başlanğıcından bəri İranın 65-dən çox gəmisini batırıb
Digər ölkələr07:42
Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə dron əleyhinə "Octopus" aparatlarını verə bilər
Digər ölkələr07:11
Qazaxıstanda yeni Konstitusiya üzrə referendum başlayıb – YENİLƏNİB
Digər ölkələr06:28
Tramp ABŞ-də yanacağın qiymətinin artmasından narahat deyil
Digər ölkələr06:00
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Elm və təhsil05:34
İsrail İrandan raket hücumu barədə məlumat verib
Digər ölkələr05:07