Çeferinin UEFA prezidenti vəzifəsinə namizədliyi yenidən irəli sürülüb

Çeferinin UEFA prezidenti vəzifəsinə namizədliyi yenidən irəli sürülüb Bakı. 21 avqust. REPORT.AZ/ Sloveniya Futbol Federasiyası (NZS) UEFA-nın hazırkı prezidenti Aleksander Çeferinin namizədliyini qurumun rəhbəri vəzifəsinə yeni seçkilər üçün irəli sürüb.
Futbol
21 Avqust , 2018 23:41
Çeferinin UEFA prezidenti vəzifəsinə namizədliyi yenidən irəli sürülüb

Bakı. 21 avqust. REPORT.AZ/ Sloveniya Futbol Federasiyası (NZS) UEFA-nın hazırkı prezidenti Aleksander Çeferinin namizədliyini qurumun rəhbəri vəzifəsinə yeni seçkilər üçün irəli sürüb.

"Report"un "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, sloveniyalı funksionerin namizədliyini daha 5 milli assosiasiya dəstəkləyib.

Seçkidə iştirak üçün ərizə bu gün səhər saatlarında UEFA-ya göndərilib. Çeferinin yenidən seçilmək üçün yüksək şanslarının olduğu bildirilir. Çünki bu post uğrunda ciddi mübarizə gözlənilmir.

UEFA prezidenti postuna namizədlərin ərizələrinin qəbulu noyabrın 7-dək davam edəcək. Seçki isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.

Aleksander Çeferin 14 sentyabr 2016-cı il tarixindən UEFA prezidentidir. O, Mişel Platinini əvəzləyib.

Son xəbərlər

Orphus sistemi