Yuxarı
    Bağlamaq

    “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxacaq

    Ağdam təmsilçisinin rəqibi “Samtredia”dır

    Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxacaq. “Report”un məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

    Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə düşməyi hədəfləyən “Qarabağ” ilk oyununu evdə keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma türkiyəli hakimlərə həvalə olunub.

    Əvvəlki üç mövsümdə ilk rəqiblərini mübarizədən kənarlaşdırmağa müvəffəq olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ənənəsinə sadiq qalması üçün evdəki görüşdə rəqibini üstələməsi önəmlidir.

    “Qarabağ” iki görüşün nəticəsinə əsasən qalib gələrsə, “Samtredia” ardıcıl ikinci mövsüm Azərbaycan klubları tərəfindən avrokubokdan uzaqlaşdırılmış olacaq. Gürcüstan təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (1:5, 2:1).

    21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

    Baş hakim: Mete Kalkavan

    Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar

    Dördüncü hakim: Erdem Bayik

    (hakimlər briqadası Türkiyədəndir)

    UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)

    Hakim-inspektor: Vladimir Antonov (Moldova)

    Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi