Bu gün "Fənərbağça" və "Qalatasaray" derbisi olacaq

Bu gün "Fənərbağça" və "Qalatasaray" derbisi olacaq Futbol üzrə Türkiyə Super Liqasında Fənərbağça və Qalatasaray komandaları arasında mövsümün son derbisi XXVIII tura təsadüf edəcək.
Futbol
14 Aprel , 2019 06:50
Bu gün Fənərbağça və Qalatasaray derbisi olacaq

Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında mövsümün son derbisi XXVIII tura təsadüf edəcək.

"Report"un məlumatına görə, bu gün əzəli rəqiblər 389-cu dəfə üz-üzə gələcəklər.

110 illik rəqabət 17 yanvar 1909-cu ildə "aslanlar"ın 2:0 hesablı qələbə qazandığı qarşılaşma ilə başlayıb. İndiyədək keçirilmiş 388 görüşün 146-da "Fənər", 123-də "Cim-Bom" qalib gəlib, 119 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti belədir - 534:484.

Çempionatda isə bu iki komanda 123 dəfə qarşılaşıb. "Fənər" qələbə sayında üstündür - 50:33. 40 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 156:118-dir.

İki komanda arasındakı son 10 matçın yarısında qalib müəyyənləşməyib, qalan 5 görüşün 3-də "Fənər", 2-də "Cim-Bom" qələbə qazanıb. "Sarı-lacivərdlilər" öz meydanında 20 ildir "sarı-qırmızılar"a uduzmur.

Amma hazırkı vəziyyət tam fərqlidir. 27 oyundan 55 xala malik "Qalatasaray" 2-ci pillədə qərarlaşıb. Ötən gün lider "Başakşehir"in "Beşiktaş"a 1:2 hesablı məğlubiyyətindən sonra "sarı-qırmızılar"ın ilk pillə ilə xal fərqini 3-ə endirmək şansı yaranıb. "Fənərbağça" isə 27 oyundan 32 xalla 13-cüdür və Super Liqada qalmaq uğrunda mübarizə aparır.

Türkiyə Super Liqası, XXVII tur

20:00. "Fənərbağça" - "Qalatasaray"

"Ülker" ("Şükrü Saracoğlu") stadionu

Baş hakim: Ali Palabıyık.

Son xəbərlər

Orphus sistemi