“Barselona” futbolçusunu 100 min avro cərimələyib

“Barselona” futbolçusunu 100 min avro cərimələyib Bakı. 12 dekabr. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembeleni 100 min avro cərimələyib.
Futbol
12 Dekabr , 2018 11:04
“Barselona” futbolçusunu 100 min avro cərimələyib

Bakı. 12 dekabr. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembeleni 100 min avro cərimələyib.

“Report”un “L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb 21 yaşlı fransalı hücumçunun komandanın məşqinə gecikməsidir. Maraqlıdır ki, dünən Kataloniya təmsilçisinin Çempionlar Liqasının VI turunda evdə İngiltərə “Tottenhem”i ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə hesabı məhz Dembele açıb. O, 7-ci dəqiqədə fərqlənib.

Dembele əvvələr də yatıb qaldığı və kompüter oyunları oynadığı üçün komandanın məşqinə gecikib. Hətta o, bir dəfə hazırlıq prosesinə qatılmayaraq, özünü pis hiss etdiyini bəhanə gətirib.

Qeyd edək ki, Usman Dembele "Barselona"ya 2017-ci ilin yayında 105 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) klubundan keçib.

Son xəbərlər

Orphus sistemi