Yuxarı

Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya UEFA-da təqdim olunub

Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya UEFA-da təqdim olunub
Prezentasiya AFFA tərəfindən hazırlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb. 

Report"un məlumatına görə, prezentasiya bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. 

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun namizədliyini AFFA irəli sürüb. Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi