Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya UEFA-da təqdim olunub

Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya UEFA-da təqdim olunub Prezentasiya AFFA tərəfindən hazırlanıb
Futbol
148
5 Sentyabr , 2017 16:00
Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya UEFA-da təqdim olunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb. 

Report"un məlumatına görə, prezentasiya bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. 

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun namizədliyini AFFA irəli sürüb. Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi